Kollecdə “Təhsil Krediti” mövzusunda maarifləndirici tədbir keçirildi.
23 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu tərəfindən “Təhsil Krediti” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Təhsil Tələbə Kredit Fondunun təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etməsindən bəhs edərək bildirdi ki, Kollec üzrə Təhsil Tələbə Kreditinə müraciət edən və yararlanan tələbələrin sayı günbəgün artmaqdadır.
Tədbirdə çıxış edən Təhsil Tələbə Krediti Fondunun Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri Tehranağa Abdullayev təhsil krediti, onun növləri və üstünlüklərindən, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək istiqamətində fondun fəaliyyətindən məlumat verərək tələbələri maraqlandıran sualları cavablandırdı.