Kollecdə “Təhsil Krediti” mövzusunda maarifləndirici tədbir keçirildi.

Kollecdə  “Təhsil Krediti” mövzusunda maarifləndirici tədbir keçirildi.

29 oktyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu tərəfindən “Təhsil Krediti” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Təhsil Tələbə Kredit Fondunun təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etməsindən bəhs etdi.
Tədbirdə çıxış edənlər təhsil məsələləri ilə iş şöbəsinin böyük mütəxəssisi İlkanə Həmidli, təhsil məsələləri ilə iş şöbəsinin mütəxəssisi Leyla Rəhimli təhsil krediti, onun kateqoriyalarından, üstünlüklərindən, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək istiqamətində fondun fəaliyyətindən məlumat verərək tələbələri maraqlandıran sualları cavablandırdılar.

Добавить комментарий