Kollecdə “Ümümdünya torpaq günü” münasibətilə “Dayanıqlı kənd təsərrüfatında torpaq amili” mövzusunda konfrans keçirildi.

Kollecdə “Ümümdünya torpaq günü” münasibətilə “Dayanıqlı kənd təsərrüfatında torpaq amili”  mövzusunda konfrans keçirildi.

5 dekabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Ümümdünya torpaq günü” münasibətilə “Dayanıqlı kənd təsərrüfatında torpaq amili” mövzusunda konfrans keçirildi.Konfransda “İqtisadiyyat fənləri” FBK-nın sədri Həbib Həbibinin “Kənd təsərrüfatında dayanıqlı torpaq istifadəsi: təcrübələr və perspektivlər”, “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimləri – Nahid Əzizli “Dayanıqlı kənd təsərrüfatında torpaq amili”, Muhəmməd Əlizadə “Torpağın çirklənməsinin ərzaq məhsullarına təsiri”, Jalə Abdullazadə “İqlim dəyişikliyinin torpaq münbitliyinə təsiri”, Kollecin tyutoru İnadə Atakişiyeva “Əkinçilikdə və torpaqların qorunmasında innovativ texnologiyaların tətbiqi”, “Hidromeliorasiya və torpaq mühafizəsi ” ixtisasının 3-cü kurs tələbələri- Nigar İbadova “Torpaq resurslarının şoranlaşma və deqradasiyadan qorunması”, Röyalə Əlizadə “Torpaqlara deqradasiyanın təsirləri”, Ruxsara Nəzirzadə “Torpaqların eroziyadan mühafizəsi yolları” mövzusunda çıxış edərək Ümumdünya Torpaq Gününün önəmindən, torpağın əhəmiyyətindən, ətraf mühitin qorunması və kənd təsərrüfatı məhsuldarlığının artırılması üçün həyati əhəmiyyət kəsb etdiyindən, torpaqların deqradasiyaya, ətraf mühitə təsirindən, meşəliklərin və bitki örtüyünün artırılmasından, torpağın qorunması və bərpası üçün beynəlxalq səviyyədə tədbirlərin keçirilməsinin vacibliydən bəhs etdilər.
Sonda tələbələrin “Ümümdünya torpaq günü” münasibətilə hazırladıqları videoçarx nümayiş olundu.

Добавить комментарий