Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi.
08 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə müvafiq Fənn Birləşmə Komissiyalarının müəllimlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə çıxış edənlər tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibi (“Heydər Əliyev və iqtisadiyyat”), Tarix və sosial fənlər FBK-nın müəllimi Sevinc Bağırova (“Dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti”), Tarix və sosial fənlər FBK-nın müəllimi Günəş Salayeva (“Heydər Əliyev və gənclər siyasəti”), Tarix və sosial fənlər FBK-nın müəllimi Mələk Əhmədzadə (“Heydər Əliyev və Dövlət quruculuğu”) çıxış edərək bildirdilər ki, anadan olmasının 101-ci ildönümü tamam olan Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Müstəqil Azərbaycanın dahi şəxsiyyətləri arasında böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan Ümummilli Liderimizin müstəsna yeri var. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə Ulu Öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.
Ulu Öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daima minnətdardır.
Sonda “Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti”nə həsr olunmuş film nümayiş olundu.