Kollecdə “Unutmadıq, unutmarıq” mövzusunda dəyirmi masa təşkil olundu.

Kollecdə “Unutmadıq, unutmarıq” mövzusunda dəyirmi masa təşkil olundu.

17 yanvar 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Unutmadıq, unutmarıq” mövzusunda dəyirmi masa təşkil olundu. Tədbirdə çıxış edənlər- “Tarix və sosial fənlər” FBK-nın müəllimləri Ayla Nəzərli, Ruslan Hüseynzadə, Günəş Salayeva Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamdan, Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən bəhs edərək milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmasını, yüzlərlə günahsız insanın qətlə yetirilməsini və yaralanmasını totalitar sovet rejiminin süqut u ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdilər.

Добавить комментарий