Kollecdə “Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Kollecin Psixoloqu Zülfiyyə Əliyeva, “Tarix və sosial fənlər” FBK-nın müəllimləri Mələk Əhmədzadə, Günəş Salayeva cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasından, Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsindən, onlar tərəfindən törədilən hüquq pozuntularının qarşısının alınması və profilaktikası sahəsində qanunvericilik bazasının yaradılmasından, uşaqların erkən əməyə cəlb edilməsinin fəsadlarından bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.
Sonda “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda videoçarx nümayiş olundu.