Kollecdə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması” mövzusunda tədbir keçirildi.

Kollecdə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması” mövzusunda tədbir keçirildi.

13 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran Dövlət Universitetinin “Biologiya və ekologiya” kafedrasının müəllimi Şəbnəm Əliyeva tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Şəbnəm Əliyeva doğulacaq uşağın cinsinin seçilməsinin miqyasının qiymətləndirilməsi məqsədilə əhali arasında araşdırmaların aparılması, gender bərabərliyinin təmin olunması və reproduktiv sağlamlıq sahələrində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasından, qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsindən, qadınların iqtisadi və təhsil resurslarına çıxış imkanlarının genişləndirilməsindən, məişət zorakılığının qarşısının alınması üçün göstərilən səylərdən məlumat verərək bildirdi ki, bu tədbirlərin icrası sayəsində ölkədə gender əsaslı cins seçiminin azaldılması və qız uşaqlarının dəyərinin təşviq edilməsi sahəsində irəliləyişlərə nail olunması gözlənilir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий