Kollecdə xüsusi dərs keçirilib.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kellecdə Xocalı soyqırımının 32-ci il dönümünə həsr olunmuş xüsusi dərs keçirildi. “Tarix və sosial fənlər” FBK-nın müəllimi Mələk Əhmədzadə çıxış edərək Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında yer aldığını, bu faciəni əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürü olduğunu bildirib. Dərsin sonunda Xocalı dəhşətlərini əks etdirən videorolik nümayiş olunub.