Kollecdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Yaşıl dünya” adlı maarifləndirici görüş keçirildi.
19 sentyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı, yazıçı- ekoloq Bəxtiyar Hüseynov tərəfindən “Yaşıl dünya” adlı maarifləndirici görüş keçirildi. Tədbirdə çıxış edən Bəxtiyar Hüseynov 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən, gənclərdə ekoloji şüurun inkişaf etdirilməsindən, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılmasından, təbii, mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasından bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.
Sonda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş videoçarx nümayiş olundu.