Kollecdə “Yol hərəkətinın təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili” mövzusunda tədbir keçirildi.
13 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə təlimçi Əli Vəliyev tərəfindən “Yol hərəkətinın təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən təlimçi Əli Vəliyev yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və işıqforların siqnallarından, yol nişanlarından, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalarından söhbət açaraq bildirdi ki, yol hərəkəti qaydalarını öyrənmək və tətbiq etmək hamıya lazımdır, çünki həyati təhlükəsizliyimiz bu istiqamətdəki bilgilərimizdən, məsuliyyətimizdən asılıdır. Yol hərəkəti qaydalarına əməl edək ki, özümüzü hadisələrdən qoruya bilək.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.