Kollecin müəllim-işçi heyətinin gəzintisi təşkil olundu.
30 iyun 2024-cü il tarixində 2023/2024 – cü tədris ilinin sona çatması ilə əlaqədar Lənkəran Dövlət Universitetinin, Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Kollecin direktoru Leyla İbrahimova başda olmaqla müəllim-işçi heyətinin gəzintisi təşkil olundu. Tədbirdə Kollecin direktoru Leyla İbrahimova çıxış edərək tədris ilini uğurla başa vuran müəllim-işçi heyətinə xoş istirahətlər arzuladı, Kollecin əməkdaşlarına yaratdığı şəraitə görə Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimova minnətdarlığını bildirdi. Tədbir maraqlı oyunlar, ifalar və rəqslərlə yaddaqalan oldu.