Kollecin müəllim və tələbələri Lənkəran İstisu qəsəbəsindəki çay plantasiyasında olublar.
1 iyul 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin təcrübə rəhbəri və karyera üzrə mütəxəssisi Zəka Mehrəliyev, metodist Yeganə Nuriyeva və “Qida məhsullarının təhlükəsizliyi” ixtisasının buraxılış kurs tələbələri Lənkəran İstisu qəsəbəsindəki çay plantasiyasında olublar. Plantasiyada tələbələrə çay, onun çeşidlərindən, çaya qulluq metodlarından, yüksək keyfiyyətli, bazarda özünəməxsus yeri olan “Lənkəran çayı” brendi haqqında məlumat verilib.