LDU-da Ü. Hacıbəylinin 140 illik yubileyi qeyd edilib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi və 28 May-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə Lənkəran Dövlət Universitetində(LDU) maraqlı konsert proqramı ilə çıxış ediblər.
Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru prof. Nərminə xanım Quliyeva tədbirdə çıxış edərək dahi bəstəkar Ü. Hacıbəylinin həyat və fəaliyyətindən söz açıb, Azərbaycanda bəstəkarlıq məktəbinin formalaşmasındakı misilsiz xidmətlərindən danışıb.
Konsertdə Bakı Musiqi Akademiyası tələbələrinin ifasında Ü. Hacıbəylinin, həmçinin tanınmış Azərbaycan və dünya bəstəkarlarının simfonik, kamera əsərlərindən parçalar ifa olunub, mahnılar səslənib.
Konsertdən sonra prof. Nərminə xanım Quliyeva LDU-nun və universitetin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin musiqi ixtisaslı müəllim və tələbələri üçün ustad dərsi keçib.