Mediasiyanın inkişafı
28 noyabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran 1 saylı mediasiya təşkilatının rəhbəri Ramin Şükürov, Mediatoru Könül Rəcəbovanın iştirakı ilə “Mediasiyanın inkişafı ” haqqında maarifləndirici tədbir keçirildi. Tədbirdə çıxış edənlər öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsilə fəaliyyətini həyata keçirməkdən, mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirməkdən, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr verməkdən, konfidensiallıq prinsipini gözləməklə ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaqdan, nümayəndə ilə təmsil olunan tərəflə nümayəndəni məlumatlandırmaqla birbaşa əlaqə saxlamaqdan,qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirməkdən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdılar.