“Nadir və nəsli kəsilmək təhlükəsi altında olan fauna və flora növlərinin tarixi areallarına reintroduksiyası” mövzusunda tədbir keçirildi.
24 may 2024-cü il tarixində Hirkan Milli Parkında Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, təcrübə rəhbəri və karyera üzrə mütəxəssis Zəka Mehrəliyev, istehsalat təcrübəsində olan “Ətraf mühitin mühafizəsi və bərpası”, “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisasının metodistləri Nərgiz Əkbərova, Asya Abbasova və tələbələrin, Hirkan Milli Parkının elmi işçisi Həbib Rəhimovun iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Nadir və nəsli kəsilmək təhlükəsi altında olan fauna və flora növlərinin tarixi areallarına reintroduksiyası” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Həbib Rəhimov Hirkan Milli Parkın yaradılmasının əsas məqsədinin həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, turizm və istirahət üçün şərait, heyvanat aləmi barədə məlumat verdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.