“Nağıl” körpələr evi-uşaq baxçası”nda “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi” mövzusunda tədbir keçirildi.
“Nağıl” körpələr evi-uşaq baxçası”nda “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının buraxılış kurs tələbələri və metodistləri Xuraman Ələkbərova və Günay Rzayevanın təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən tələbələr Nuray Heydərli, Günel Abıyeva hər bir uşağın sağlam mühitdə, sağlam düşüncə tərzində böyüyüb tərbiyə olunmasından, təhsil almasından, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsindən, eyni zamanda uşaqların asudə vaxtının səmərəli təşkil olunması və vətənpərvərlik ruhunda maarifləndirilməsindən, dövlətin bu sahədə qayğısından, həyata keçirilən tədbirlərdən bəhs etdilər.