“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı və Qızılağac Milli Parkında tədbir keçirildi.
4 iyun 2024-cü il tarixində Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı və Qızılağac Milli Parkında Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin istehsalat təcrübəsində olan “Hidromeliorasiya və torpaq mühafizəsi”, “Meşə və Park”, “Ətraf mühitin mühafizəsi və bərpası”, ”Aqronomluq” ixtisasının tələbələri və metodistləri Nərgiz Əkbərova, Asya Abbasova, Cəsarət Kərimova, Nahid Əzizli, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, təcrübə rəhbəri Zəka Mehrəliyev, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Bəxtiyar Hüseynov, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatının rəhbəri Dadaş Abbasovun iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Nadir və nəsli kəsilmək təhlükəsi altında olan balıq körpələrinin təbii su hövzələrinə buraxılması” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər təsərrüfatda yetişdirilən balıq növləri, onların artırılma üsulları və saxlanılma şəraitləri haqqında geniş məlumat verərək bildirdilər ki, işğaldan azad olunmuş ərazilərdə ekosistemin bərpası tədbirləri çərçivəsində təsərrüfatda yetişdirilən 2 milyondan çox körpə balıq Həkəri, Ovçuçay, Xaçınçay, və s çaylara buraxılıb.
Sonra Milli Parkın elmi işçisi Elşad Əskərov Milli Park haqqında məlumat verərək tələbələri parkın ərazisi ilə tanış etdi.