Tarix və sosial fənnlər
Kollecin “Tarix və sosial fənlər” FBK-nın sədri Abdullayeva Günel Vaqif qızı
Abdullayeva Günel Vaqif qızı 20 may 1980- ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-1997- ci illərdə orta təhsil almış, 1997-ci ildə Lənkəran Dövlət Universitetin “Tarix və ictimai elmlər” ixtisasına qəbul olmuş, 2001-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. Həmin il Lənkəran Dövlət Universitetinin “Tarix“ ixtisası üzrə magistraturasına daxil olmuş, 2003 – cü ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2001– ci ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində Tarix müəllimidir. “Tarix və sosial fənlər” FBK-nın sədridir. 2016- ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.
Kollecin “Tarix və sosial fənlər” FBK-nın müəllimi Əlinur Ziya Əlövsət oğlu.
Əlinur Ziya Əlövsət oğlu 19 fevral 2000-ci ildə Lerik rayonu Tikəband kəndində ziyalı ailəsində anadan olmuşdur. O 2006-cı ildə N.Hacıyev adına Tikəband kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2016-cı ildə həmin məktəbin 11-ci sinfini başa vurmuşdur. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin “Təbiyyat” fakültəsi “Tarix və Coğrafiya müəllimliyi” ixtisasına qəbul olmuş, 2021-ci ildə bitirmşdir. 2021-ci ildə Lənkəran Dövlət Universitetinin “Tarix-coğrafiya və incəsənət” fakültəsinin “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olmuşdur. 2023-cü ildə “Məktəbdə sağlam mühitin yaradılması üsulları” adlı dissertasiya işini müdafiə edərək “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə magistr elmi dərəcəsi almışdır. Təhsil aldığı müddətdə universiteti respublika səviyyəli bilik yarışları və yazı müsabiqələrində uğurla təmsil etmişdir.
2021-ci ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə tarix müəllimi olaraq pedaqoji fəaliyyətə başlamışdır. 2023/2024-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2024-cü ilin sentyabrından tarix müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir və kollecin “Aqrar və texnoloji” şöbə müdiri vəzifəsini icra edir. Tarix və pedaqogikaya dair nəşr olunan 6 elmi tezis və məqalənin müəllifidir.
2018-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Kollecin “Tarix və sosial fənlər” FBK-nın müəllimi Salayeva Günəş Mübariz qızı
Salayeva Günəş Mübariz qızı 16 aprel 2001-ci ildə Lerik rayonunda anadan olmuşdur. 2007-ci ildə Lənkəran şəhər Şiləvar kənd orta məktəbinə daxil olmuş, 2008-ci ildən isə təhsilini Lənkəran şəhər 5 saylı tam orta məktəbdə davam etdirmişdir. 2019-2023-cü illərdə Lənkəran Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasında ali təhsil almışdır. 2023-cü ilin sentyabr ayından Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə tarix müəllimi kimi çalışır.
Kollecin “Tarix və sosial fənlər” FBK-nın müəllimi Məlikova Zaidə İsaq qızı.
Məlikova Zaidə İsaq qızı 1992-ci ildə Lənkəran rayonunun Daşdaleqjar kəndində anadan olub. 2010-cu ildə M.Fərzullayev adına Mamusta kənd orta məktəbi bitirib. 2011-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsinə daxil olub, 2015-ci ildə bitirib. Elə həmin ildən Azərsu Təşkilatında Kimyaçı vəzifəsində işə başlayıb və öz istəyiylə 2016-cı ildə işdən ayrılıb. 2016-cı ildən bu günə kimi Lənkaran Dövlət Universitetinin nəznində Sosial və Aqrar-Texnoloji Kollecdə müəllim kimi fəaliyyət göstərib.
Kollecin “Tarix və sosial fənlər” FBK-nın müəllimi Nəzirli Ayla Fuad qızı.
Nəzirli Ayla Fuad qızı 19 noyabr 2003-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 2009-2020-ci illərdə orta təhsil almış, 2020-ci ildə Lənkəran Dövlət Universitetin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasına qəbul olmuş, 2024-cü ildə təhsilini başa vurmuşdur. Həmin il LDU-nun “Muzeyşünaslıq ” ixtisası üzrə magistraturasına daxil olmuşdur. 2024-cü ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin “Tarix və sosial fənlər” FBK-da Muzey işi müəllimi kimi fəaliyyət göstərir.
Ayla Nəzirli 2024-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Kollecin “Tarix və sosial fənlər” FBK-nın müəllimi Hüseynzadə Ruslan Xanlar oğlu.
Hüseynzadə Ruslan Xanlar oğlu 01 yanvar 2002 -ci ildə Lənkəran şəhəri Tükəvilə kəndindən anadan olmuşdur. 2008-2019-cu illərdə Tam orta təhsil almış, 2019-cu ildə Lənkəran Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasına qəbul olmuş, 2023-cü ildə təhsilini başa vurmuşdur. Həmin il Lənkəran Dövlət Universitetinin “Muzeyşünaslıq” ixtisaslaşması üzrə magistraturasına daxil olmuşdur. 2024-cü ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji kollecində Muzey işi müəllimi kimi fəaliyyət göstərir.
Ruslan Hüseynzadə 2024-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir,1 övladı var.
Kollecin “Tarix və sosial fənlər” FBK-nın müəllimi Abbasoba Sevanə Rasif qızı
Abbasoba Sevanə Rasif qızı 7 oktyabr 1987-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1993 – 2004 cü illərdə orta təhsil almışdır. 2004 – cü ildə Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” fakultəsinə qəbul olunmuş, 2009 – cu ildə universiteti bitirmişdir. 2007-ci ildə M Həsənov adına Şilavar kənd tam orta məktəbində UBTR vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2013 – 2018 -ci illərdə Azərbaycan Dövlət Pedaqoji Univeristetinin Filologiya fakültəsində “Azərbaycan dili və Ədəbiyyat müəllimi” ixtisasında təhsil almışdır. 2023- cü ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar- Texnoloji Kollecdə müəllim kimi çalışır. Ailəlidir, bir övladı var