Valideyn günü keçirildi

Valideyn günü keçirildi

04 noyabr 2016-cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecində valideyn günü keçirildi. İlk olaraq kollecin akt zalında valideynlərlə görüş keçirildi. Tədbiri giriş nitqi ilə kollecin direktoru Ruslan Həmidov açaraq valideynləri salamladı. Sonra kollec haqqında ətraflı məlumat verərək tədris prosesindən, artıq üçünçü ildir ki, tətbiq olunan kredit sistemi qaydalarından, əsasən də tələbənin dərsə davamiyyətində balların hesablanmasından, bu zaman üzürlü səbəbin nəzərə alınmamasından, kollekvium və imtahanların keçirilmə qaydalarından danışaraq valideynləri bir daha məlumatlandırdı və bu işdə onların da öhtəsinə düşən vəzifələri sadaladı. Direktor valideynləri ixtisaslar üzrə təyin olunmuş tyutorlarla tanış edərək qeyd etdi ki, hər bir valideyn övladına təhkim olunmuş tyutorlarla müntəzəm əlaqə yaradaraq övladının təhsil göstəriciləri ilə mütəmadi məlumatlansa bu ümumi işimizin xeyrinə olar. Sonra kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, tədris hissə müdiri İlahə Əyyubova, Pedaqoji şöbə müdiri Bəyəli Rüstəmov çıxış etdilər və valideynləri maraqlandıran suallar cavablandırıldı. Görüşdən sonra valideynlər kollecin tədris laboratoriya və auditoriyalarıyla tanış oldular və hər bir valideyn tyutorların iştirakı ilə elektron və tədris jurnallarındakı tələbələrin akademik göstəricilərilə tanış edildi.

dsc_0411

dsc_0419dsc_0417dsc_0422

 

Bir cavab yazın