2016/2017-ci tədris ilinin ilk Pedaqoji Şurası keçirildi

2016/2017-ci tədris ilinin ilk Pedaqoji Şurası keçirildi

14 sentyabr 2016-cı il tarixində Lənkəran Dovlət Humanitar Kollecinin akt zalında Pedaqoji Şuranın ilk iclası kecirildi. İclası kollecin direktoru Ruslan Həmidov açaraq əməkdaşları yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, ölkəmizdə aparılan təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qaygısından ətraflı danışaraq pedaqoji heyətə yeni tədris ilində müvəffəqiyyətlər arzuladı. Sonra direktor Şuranın gündəliyi ilə iştirakçıları tanış etdi. Gündəlik təsdiq olduqdan sonra direktor  nəzərdə tutulan cari məsələlərdən birinin- Lənkəran Dövlət Humanitar Kollecinin bir neçə əməkdaş və tələbələrinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrinin təntənəli təqdim edilməsi məsələsinin ilk olaraq yerinə yetirilməsinin məqsədəmüvafiq heab olunduğunu bildirdi. Bu məqsədlə Şura iclasına dəvət olunan YAP Lənkəran şəhər təşkilatının Təftiş Komissiyasının sədri Mürüvət Allahverdiyevi və YAP Lənkəran şəhər təşkilatının Gənclər Birliyinin sədri Yalçın Əliyevi şura üzvlərinə təqdim etdi və qonaqlara dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirdi. Çıxış edənlər günügündən sıraları genişlənən və möhkəmlənən  Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan əməkdaş və tələbələri təbrik etdilər. Çıxışlardan sonra  kollecin müəllim və əməkdaşlarından 6 nəfərə, tələbələrdən isə 4 nəfərə  Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təntənəli şəkildə təqdim edildi. Qonaqlar yola salındıqdan sonra Şura iclasında nəzərdə tutulan məsələlərin müzakirəsi başlandı. İlk olaraq şuranın katibi açıq sısvermə ilə seçildi və 2016/2017-ci tədris ili üçün Pedaqoji Şuranın iş planının layihəsi müzakirə edilərək təsdiq edildi. Gündəlikdə duran ikinci məsələ – 2016/2017- ci tədris ili üçün ümumi orta və tam orta təhsil bazasından kollecə tələbə qəbulu planının icra vəziyyəti haqqında “Qeydiyyat, qiymətləndirmə və monitorinq” bölməsinin rəhbəri Təravət Əmənova məlumat verdi. O, qeyd etdi ki, bu il qabul planı  həm ümumi orta təhsil bazasından, həmdə tam orta təhsil bazasından aparılan hər iki turda 100 faiz doldu. lakin qəbul olanların hamısının qeydiyyatdan keçməməsi nəticəsində plan 76,8 faiz icra olundu. Məruzəçi əlavə olaraq bildirdi ki, boş qalan plan yerləri əsasən ödənişli yerlərdir ki, bunun da obyektiv və subyektiv səbəbləri haqqında məruzəçi fikirlərini bildirdi və məsələnin həlli üçün müəyyən təkliflər irəli sürdü. Sonra qərar layihəsi müzakirə olunaraq təsdiq edildi. Gündəlikdə düran 3-cü məsələ -direktor müavinlərinin, şöbə müdirlərinin, pedaqoji təcrüb rəhbəri, fiziki tərbiyə və MMQ-rəhbərlərinin, psixoloq,  fənn birləşmə komissiya sədrlərinin  iş planlarının təsdiqi- ilə bağlı fikirlərini bildirdi. Müvafiq iş planlarının layihələri oxundu, müzakirə olunaraq müəyyən dəyişikliklər aparılmaqla təsdiq edildi. Sədr 4-cü məsələ- 2016/2017-ci tədris ili üçün müəllimlər arasında aparılan dərs yükü bölgüsünün vəziyyəti, yaradılan fənn birləşmə komissiyaları haqqında ətraflı məlumat verdi və FBK sədrlərini təqdim edərək məsələnin müzakirəsini xahiş etdi. Müvafiq qərar qəbul edildikdən sonra gündəlikdə duran cari məsələlər müzakirə olundu.

dsc_0100

dsc_0103

dsc_0096

dsc_0111

dsc_0106

dsc_0116

Bir cavab yazın