Kollecdə “Sərhədyani rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəsini stimullaşdırmaq məqsədi ilə maarifləndirmə kampaniyasının aparılması” mövzusunda maarifləndirici tədbir keçirildi.

Kollecdə “Sərhədyani rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəsini stimullaşdırmaq  məqsədi ilə maarifləndirmə kampaniyasının aparılması” mövzusunda maarifləndirici tədbir  keçirildi.
11 aprel 2023–cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin, Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Cənub Ərazi Baş Gömrük İdarəsinin, Lənkəran Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Sərhədyani rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəsini stimullaşdırmaq məqsədi ilə maarifləndirmə kampaniyasının aparılması” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə çıxış edənlər bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri narkomaniyadan, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının fəsadlarından, narkomaniyaya qarşı mübarizə üsullarından bəhs etdilər. Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı. “Biz həyatı seçirik” adlı videoçarx nümayiş etdirildi.

Bir cavab yazın