“Azərbaycan Xalq Cumhuriyyəti dövründə mədəniyyət siyasəti” mövzusunda maarifləndirici görüş keçirildi

“Azərbaycan Xalq Cumhuriyyəti dövründə mədəniyyət siyasəti” mövzusunda maarifləndirici görüş keçirildi

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamına əsasən ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Belə tədbirlərdən biri 23 fevral 2018-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində baş tutdu. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və  Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə “Azərbaycan Xalq Cumhuriyyəti dövründə mədəniyyət siyasəti” mövzusunda Bilik Fondunun lektorlar qrupunun üzvü, Şəhla İbişova Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələri ilə maarifləndirici görüşü keçirildi. Tədbiri giriş sözü ilə kollecin direktoru dosent Ruslan Həmidov açaraq Prezident İlham Əliyevin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsini, bununla bağlı kollecimizdə xüsusi tədbirlər planının təsdiq edilməsini söylədi və belə  maarifləndirici görüşlərin əhəmiyyəti və zəruriliyi haqqında məlumat verdi. Daha sonra Şəhla İbişova “Azərbaycan Xalq Cumhuriyyəti dövründə mədəniyyət siyasəti” adlı geniş məruzəsi dinlənildi. Məruzəçi çıxışında vurğuladı ki, hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz adət-ənənələrimizlə fəxr edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Çıxışının sonunda lektor Şəhla İbişova tələbələri maraqlandıran sualları cavablandırdı və yaradılan şəraitə görə Kollec rəhbərliyinə öz dərin təşəkkür və minnətdarlığını bildirdi.

       

Bir cavab yazın