Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 26-cı ildönümü qeyd edildi

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 26-cı ildönümü qeyd edildi

18 oktyabr 2017–ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında Azərbaycan  Respublikasının Dövlət müstəqilliyinin bərpasının 26–cı ildönümü münasibətilə təntənəli tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsilə başlandı. Tədbiri giriş nitqi ilə açan kollecin direktoru dosent Ruslan Həmidov Müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan  Respublikasının əldə etdiyi tarixi nailiyyətlərdən ətraflı danışaraq Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin bərpasının 26–cı ildönümünün kollecdə qeyd olunması ilə bağlı tərtib olunmuş tədbirlər planını bir daha diqqətə çatdırdı. Sonra kollecin müəllimi, t.ü.f.d, Cəmil Quliyevin “Müstəqilliyimiz əbədidir və dönməzdir” adlı məruzəsi dinlənildi. Məruzədən sonra kollecin müəllimi Nahidə Cəfərova, II kurs tələbələri  Zeynəb Hüseynli və Ləman Seyfullazadə çıxış etdilər. Sonda Dövlət Müstəqilliyinin bərpasına həsr olunmuş videofilm nümayiş olundu.

DSC_0845 DSC_0865

DSC_0877 DSC_0880

DSC_0884 DSC_0900

DSC_0906 DSC_0919

Bir cavab yazın