“Bilik günü”nə həsr edilmiş təntənəli tədbir keçirildi

“Bilik günü”nə həsr edilmiş təntənəli tədbir keçirildi

15 sentyabr 2017–ci ildə Lənkəran Dövlət Humanitar Kollecində “Bilik Günü”nə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbiri kollecin direktoru dosent Ruslan Həmidov açıq elan etdi və Azərbaycan Respublikasının Dövlət Himni oxundu. Direktor giriş nitqində bu gün ölkənin hər bir təhsil ocağında təntənəli şəkildə qeyd olunan “Bilik Günü” münasibətilə kollec əməkdaşlarını, tələbələri və xüsusilə də bu il kollecə qəbul olunan tələbələri, onların valideynlərini təbrik etdi, onlara təhsildə və əmək fəaliyyətlərində uğurlar arzuladı. Ölkədə gedən geniş miqyaslı abadlıq quruculuq işlərindən və dayanıqlı iqtisadi inkişafdan danışan direktor qeyd etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı təhsil siyasətinin uğurlu nəticəsi göz qabağındadır. Artıq tələbələrimiz müasir standartlara uyğun istilik sistemi, yanğın təhlükəsizliyi sistemi və internetlə təchiz olunmuş geniş, işıqlı, yaraşıqlı auditoriya və laboratoriyalarda dərs keçirlər. Sonra Kollecin pedaqoji şöbə müdiri Bəyəli Rüstəmov, “Musiqi və təsviri incəsənət” şöbəsinin müdiri Fikrət Kərimli, müəllim, FBK-sədri  Qətilə Şükürova, valideyn Qədir Quliyev, tələbə Nurlanə Vəlizadə çıxış edərək yeni tədis ilinin başlanması və “Bilik Günü” münasibətilə tələbə və müəllimləri təbrik etdilər, yaradılan bu gözəl şəraitə görə Dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Sonra direktor rayonun və kollecin ictimai–siyasi həyatında fəal iştirak edən kollecin IV kurs tələbəsi Fidan Hüseynovaya və müəllimlər – Şəlalə Bədəlova, Esmira İsmayılova və Günay Abasovaya Yeni Azərbaycan Partiyasının yeni üzvlük vəsiqələrini təqdim etdi və gələcək işlərində uğurlar arzuladı.    Tədbirin sonunda bu il qəbul imtahanlarında yüksək bal toplayaraq kollecə qəbul olmuş tələbələr, Mübariz Həsənli, Rüqəyya Xıdırova, Aidə Qurbanova, Nurlanə Vəlizadə və Aytəkin Şəfizadəyə direktor tərəfindən tələbə bileti və qiymət kitabçaları təntənəli surətdə təqdim olundu. Sonda kollecin akt zalında  valideyinlərlə görüş keçirildi. Direktor tədrisin keyfiyyəti, nizam-intizam qaydaları və kredit sistemi  haqqında geniş məlumat verdi. Valideynləri maraqlandıran suallar cavablandırdı.

DSC_0635 DSC_0648

DSC_0653 DSC_0658

DSC_0664 DSC_0667

DSC_0670 DSC_0676

DSC_0679 DSC_0683

DSC_0688 DSC_0693

DSC_0694 DSC_0702

DSC_0711

Bir cavab yazın