“Erkən nigaha yox deyək” mövzusunda dəyirmi masa keçirildi

“Erkən nigaha yox deyək” mövzusunda dəyirmi masa keçirildi

31 oktyabr 2017-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində “Erkən nigaha yox deyək” mövzusunda dəyirmi masa keçirildi. Lənkəran Dövlət Humanitar Kolleci, Lənkəran Tibb Kolleci və kollec Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki kollecin fəal qadın müəllim və tələbələri, psixoloqları, ictimai təşkilatları iştirak edirdilər.

Tədbir erkən nikahlar və onların fəsadları barədə video-çarxın nümayişi ilə başlandı. Lənkəran Dövlət Humaniatr Kollecinin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva  tədbiri giriş sözü ilə açaraq erkən nikah məsələsini cəmiyyəti narahat edən problem kimi dəyərləndirdi. Məlumat üçün bildirdi ki, erkən nikah, yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşdirilmiş son həddir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16 -cı maddəsində vurğulanır ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Yaxın qohumlar, himayəçilər arasında nikahlara, eləcə də nikah bağlayan tərəflərdən biri artıq evli və ya ruhi xəstə olduğu halda nikaha icazə verilmir. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikah könüllü olmalı və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır. Natiq erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial  problemlərin artmasına səbəb  olduğunu qeyd etməklə bu məsələyə qarşı ziyalıları, müəllimləri, ictimai fəal gənclər və aidiyyatı yerli dövlət orqanlarının nümayəndələri cəlb olunmaqla mübarizənin aparılmasının, eyni zamanda təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini qeyd etdi. Sonra LDHK-nın psixoloqu Zülfiyyə Əliyeva “Azərbaycanda erkən nigah problemi, statistika, səbəblər və həlli yolları” adlı məruzəsi dinlənildi. Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafova “Erkən nikahların qarşısının alınmasının zəruriliyi” mövzusunda çıxış etdi. Könül Manafova çıxışında erkən nikahların ailələrə xoşbəxtlik gətirmədiyini, əksinə yeni ailənin möhkəmlənmədən dağılmasına, qız uşaqlarının təhsildən kənarda qalmasına səbəb olduğunu diqqətə çatdırdı və ictimaiyyətin birgə səyi ilə buna qarşı mübarizə aparılmasını təklif etdi. Lənkəran Tibb  Kollecinin mama-ginekoloq müəllimi Şəfəq Abbasova “Erkən nigahın tibbi baxımdan törətdiyi qüsurlar və xəstəliklər”, LDHK-nın müəllimi Qətilə Şükürova “Məişət zorakılığı ilə bağlı Azərbaycan Respublikasında mövcud qanunvericilik bazasının təhlili” mövzusunda ətraflı məruzə etdilər. Kollecin müəllimləri,  Almaz Əbilova,  Nuranə Əskərova, Mailə Əliyeva və Esmira Şükürova isə erkən nigahın törətdiyi bəlalar haqqında çıxışlar etdilər. Sonra Kolecin II kurs tələbələri Ləman Seyfullazadə, Zeynəb Hüseynli və Sumarə Bağırzadə erkən nigahla bağlı qabaqlayıcı tədbirlərin görülməsindən danışdılar. Çıxış edənlər erkən nikahların yaratdığı hüquqi məsuliyyəti gənclərə və valideynlərə ətraflı izah etməkdən ötrü hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə yerlərdə maarifləndirici söhbətlərin aparılmasının da zəruriliyini diqqətə çatdırdılar. Kollecin direktor müavini Ülviyyə Rzayeva tədbiri yekunlaşdıraraq iştirakçıları bir daha bu qlobal məsələ ilə bağlı mübarizədə fəal olmağa çağırdı.

DSC_1026 DSC_1029  DSC_1041  DSC_1032 DSC_1047 DSC_1052 DSC_1062

Bir cavab yazın