Futbol komandamız “B” qrupu üzrə III yer qazandı

Futbol komandamız “B” qrupu üzrə III yer qazandı

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illərdə fəaliyyət planına əsasən,  ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə ali və orta ixtisas təhsili müəssisələrinin  tələbələri arasında Futbol üzrə VII Respublika çempionatının ilk mərhələsi keçirilib. Oyunlarda Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri fiziki tərbiyə müəllimləri Farid Salayev  (Baş məşqçi) və Fəzail Əbilov  (Məşqçi) rəhbərliyilə əvəzedici heyət ilə birlikdə 20 nəfərdən ibarət komanda ilə iştirak etmişlər. 25 fevral – 12 mart 2017–ci il tarixləri müddətində “B” qrupu üzrə komandamız 4 oyun keçirmişdir. Şirvan şəhər idman kompleksində keçirilən futbol yarışında Astara Humanitar Kollecini (2-1) və Şamaxı Dövlət Regional Kollecini (3-0) məğlub etmiş, Lənkəran Dövlət Universiteti və Şirvan Dövlət İqtisad və Humanitar Kollecinə məğlub olaraq oyunların yekun nəticələrinə görə Kollecimizin komandası “B” qrupu üzrə III yeri tutmuşdur.

IMG-20170313-WA0002 IMG-20170313-WA0006 IMG-20170313-WA0008IMG-20170313-WA0009 IMG-20170313-WA0011

Bir cavab yazın