Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirlər davam edir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirlər davam edir

 8 may 2017-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə kollecin foyesində Ümummilli Liderinin 94-cü ildöümünə həsr edilmiş tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə kollecin direktoru  dosent Ruslan Həmidov açaraq Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolundan və müstəqilliyimiz uğrundakı titanik fəaliyyətindən danışdı. Daha sonra direktor qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar kollec üzrə tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Plana əsasən tələbələr arasında voleybol və şahmat üzrə idman yarışları keçirilmiş, kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən ibarət  sərgi təşkil edilmiş, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi nömrələr buraxılmış, 10 may tarixində keçiriləcək ilk dərslərin Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunması nəzərdə tutulmuşdur. Həmin gün kollecin tələbə və müəllim kollektivi Lənkəran şəhərinin mərkəzində   ucaldılmış Ümummilli Liderin abidəsinin ziyarətində iştirak edəcək, abidə önünə tər çiçəklər qoymaqla əbədi xatirəsini yad edəcəklər. Direktor daha sonra bildirdi ki, tədbirlər planında 10 may tarixində saat 16.00-da kollecin 3 saylı tədris korpusunun akt zalında musiqi ixtisaslarında təhsil alan tələbələrin iştirakı ilə Ulu Öndərin ildönümünə həsr etdikləri konsert proqramı da nəzərdə tutuub. Məruzə ilə “Tarix və ictimai elmlər” fənn birləşmə komissiyasının müəllimi t.ü.f.d. Cəmil Quliyev, “İqtisadiyyat və idarəetmə” fbk-nın müəllimi Şəlalə Bədəlova, “Texnologiya müəllimliyi” ixtisasının III kurs tələbəsi, 15-16 apreldə LDU-da keçirilən riyaziyyat üzrə olimpiadanın qalibi Gülnar Ağayeva, “Məktəbəqədər təlim tərbiyə” ixtisasının I kurs tələbəsi Zeynəb Hüseynli çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verdilər. Daha sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı keçirilən şahmat yarışmasında ilk 3 yeri tutan qaliblər mükafatlandırıldı. Yarışda I yer qazanan Ramil Həsənova, II yer qazanan Əlizamin Quluzadəyə, III yer qazanan Ramil Məmmədzadəyə  kollec direktoru tərəfindən fəxri fərman təltif edildi. Sonda Ulu Öndərin keçdiyi həyat yolunna həsr edilmiş  sənədli film nümayiş edildi.

DSC_0764 DSC_0767 DSC_0772 DSC_0671 DSC_0691 DSC_0699 DSC_0704 DSC_0713DSC_0732 DSC_0738 DSC_0743 DSC_0745 DSC_0747 DSC_0748 DSC_0754

Bir cavab yazın