“İslam sivilizasiyası və islamda milli–mənəvi dəyərlər” mövzusunda dəyirmi masa keçirildi

“İslam sivilizasiyası və islamda milli–mənəvi dəyərlər” mövzusunda dəyirmi masa keçirildi

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncamıyla bağlı Təhsil Naziri Cənab Mikayıl Cabbarovun 27 fevral 2017–ci il tarixli əmri ilə təsdiq olunmuş tədbirlər planına əsasən Lənkəran Dövlət Humanitar Kollecində də tədbirlər planı tərtib edilərək təsdiq edilmişdir. Tədbirlər planına əsasən 23 may 2017–ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində “İslam sivilizasiyası və islamda milli–mənəvi dəyərlər” mövzusunda dəyirmi masa keçirildi. Fənn birləşmə komissiyalarının və Kollec Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada mövzu ilə bağlı məruzə və çıxışlar dinlənildi. Kollecin Tələbə Gənclər Təşkilatının sədri Eyyub Məmmədov çıxış edərək gündəlikdə duran məsələ ilə bağlı müəllim və tələbələrə geniş məlumat verdi. “İqtisadiyyat və idarəetmə” FBK–nın sədri Qətilə Şükürova “İslam tarixi”, “Pedaqogika və psixologiya” FBK–nın sədri Nahidə Cəfərova “İslam və əxlaq”, “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” FBK-nın müəllimi Nəsibə Qardaşova “IV İslam Həmrəyliyi Oyunları və qazanılan uğurlar, “Tarix və ictimai elmlər” FBK–nın sədri Əbdül Hüseynov “İslam sivilizasiyası”, “Azərbaycan dili və ədəbiyyat” FBK–nın sədri Nuranə Əsgərova “İslamda ailə baxışı”, I kurs tələbəsi Xədicə Qubadzadə “İslam mədəniyyəti” mövzusunda məruzələrlə çıxış etdilər. Məruzələr tələbələri maraqlandıran suallarla yekunlaşırdı. Sonda Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva çıxış edərək tədbirin əhəmiyyəti və gənclərin tərbiyyəsində islam milli-mənəvi dəyərlərinin rolundan danışaraq təşkilatçılara öz təşəkkürünü bildirdi və İslam Həmrəyliyi ilə bağlı tədbirlərimizin davamlı olacağını qeyd etdi. Tədbirin sonunda xatirə şəkli çəkildi.

20170523_121043 20170523_121349 20170523_122316 20170523_122342 IMG_20170523_122558 IMG_20170523_124954 IMG_20170523_125051 IMG_20170523_12540620170523_12353120170523_123559

Bir cavab yazın