Kollecin fəal tələbələri ilə görüş keçirildi
22 dekabr 2016-cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında kollecin fəal tələbələri ilə kollec rəhbərliyinin görüşü keçirildi. Görüşə kollecin yaxşı oxuyan tələbələri, qrup nümayəndələri, Tələbə Cənclər Təşkilatının və Tələbə Həmkarlar Təşkilatının nümayəndələri dəvət olunmuşdular. Tədbiri giriş sözü ilə kollecin direktoru Ruslan Həmidov açaraq görüşün əsas məqsəd və əhəmiyyətindən danışdı. Direktor bildirdi ki, bu görüşdə əsas məqsədimiz qarşıdan gələn 2016/2017-ci tədris ilinin qış imtahan sessiyasının daha da şəffaf və mövcud normativ aktların tələblərinə uyğun keçirilməsi üçün tələbələrlə səmimi müzakirələr aparmaq və sizin fikir və təkliflərinizi bilməkdir. Ruslan müəllim əlavə etdi ki, 2016/2017-ci tədris ilinin qış imtahan sessiyasının qanunvericiliyə uyğun təşkili ilə əlaqədar müvafiq əmr imzalamışdır. Lakin bu işdə ən mühüm amillərdən biri tələbələrin öz hüquq və vəzifələrini yaxşı bilməsi və buna ciddi əməl etməsidr. Bu məqsədlə görüşümüzün səmimi və faydalı baş tutmasını arzu edirəm. Direktorun çıxışından sonra tələbələrin fikirləri dinlənildi, onları maraqlandıran suallara cavab verildi və müvafiq qərarlar qəbul edildi.