Kollecin tələbələri üçün “Heydər Əliyev və Azərbaycan teatrı” mövzusunda tədbir keçirilib.

Kollecin tələbələri üçün “Heydər Əliyev və Azərbaycan teatrı” mövzusunda tədbir keçirilib.
23 may 2023-cü il tarixində Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec və N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan teatrı” mövzusunda tədbir keçirilib. Tədbirdə teatrın direktoru vəzifəsini icra edən İntiqam Hacılı Kollecin kollektivini salamlayıb və açılış üçün sözü Kollecin direktoru Leyla İbrahimovaya verib.
Kollecin direktoru Leyla İbrahimova çıxışında teatrın müqəddəs yer, tərbiyə ocağı olduğunu, Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafındakı böyük rolundan danışıb.
Çıxış edənlər N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qabil Quliyev və Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllimi Qətilə Şükürova Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı misilsiz xidmətlərindən bəhs ediblər.
Sonra yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin “Prokuror” tamaşası nümayiş etdirilib. Maraqla qarşılanan tamaşa ulu öndərin sözləri ilə yekunlaşıb: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.
Qeyd edək ki,tamaşanın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Anşlaqla bitən tamaşada əsas rolları əməkdar artist Sucəddin Mirzəyev (Səlimxan), artistlərdən Saleh Əzimzadə (prokuror Poladov), Qızılgül Quliyeva (Sona), Allahverən Babayev (Şirəhməd), Hikmət Cəfərov (Əmirxanov), Şəbnəm Hüseynova (Sənəm), Vəfa Hacızadə (Surə), Emil Tağı (Almazov), Amil İbrahimli (Qəzənfər) və Teymur Hacızadə (Polis) ifa ediblər.

Bir cavab yazın