İnstrumental ifaçı müəllim və tələbələrinin konserti keçirildi

İnstrumental ifaçı müəllim və tələbələrinin konserti keçirildi

16 may 2017-ci ildə Lənkəran Dövlət Humanitar Kollecinin “Musiqi və təsviri incəsənət” şöbəsinin akt zalında 28 may “Respublika günü” münasibəti ilə “Fortepiano və ümumi fortepiano” FBK-nın müəllim və tələbələrinin konserti keçirildi. Konsert proqramı Dövlət Himninin canlı ifası ilə başladı. Musiqi və təsviri incəsənət şöbəsinin müdiri Fikrət Kərimli iştirakşıları salamladıqdan sonra konsertin 28 may “Respublika gününə” həsr olunduğunu bildirdi və müstəqil Azərbaycanın incəsənəti tarixindən qısa məlumat verdi. FBK sədri Firuzə Abuşovanın bədii rəhbərliyi keçirilən konsert proqramının hər bir nömrəsi dinləyicilərin sürəkli alqışları ilə tamamlanırdı. Kollecin müəllimləri Əsədli Aytəkin, Sevinc Eyvazova, Vüsalə Qasımova, İradə Salamova, Nigar Cəfərova, Şəhla Fərzullayeva və Minarə Qurbanova, tələbələrdən Sənubərxanım Əlizadə, Səda Mehdizadə, Cavid Dadaşov, Anar Nağızadə, Əfrasiyab Hümmətli və başqa tələbələrin fortepianoda ifaları izləyicilərin ruhunu oxşadı. Kollecin direktoru dosent Ruslan Həmidov yekun nitqində təşkilatçılara minnətdarlığını bildirərək, belə konsert proqramlarının tələbələrin təhsilində mühüm əhəmiyyət daşıdığını, onlarda daha böyük həvəs yaraddığını bildirdi və davamlı olması üçün təklif və tapşırıqlarını verdi. Tədbirin sonunda müəllim və tələbələrlə xatirə şəkli çəkildi. DSC_0791 DSC_0778 DSC_0843 DSC_0867 DSC_0870 DSC_0852 DSC_0877 DSC_0883 DSC_0888 DSC_0892 DSC_0910 DSC_0921 DSC_0934 DSC_0943 DSC_0947  DSC_0964DSC_0986DSC_0990DSC_1012

 

Bir cavab yazın