Lənkəran Dövlət Humanitar Kollecində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirildi.

Lənkəran Dövlət Humanitar Kollecində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirildi.

25.02.2016 cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin  kitabxanasının oxu zalında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirildi. Xocalı soyqırımının şəhidləri bir dəqiqəlik sükutla yad edildi.

3

Tədbiri giriş sözü ilə Kollecin direktoru Ruslan Həmidov açaraq Xocalı soyqırımı haqqında geniş məlumat verdi. O, bildirdi ki, o gecə mühasirəyə alınan, bambalanan Xocalıda qalmış təqribən 2500 nəfər xocalılı  Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Daha sonra direktor qeyd etdi ki, bu soyqrımın 24-cü ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Plana əsasən kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən ibarət rəsm sərgisi təşkil edilmiş, dəhlizdə foto stent açılmış, kitabxanada xüsusi guşə yaradılmış, Kollecin rəsmi internet saytında xüsusi ling yaradılmışdır. Sabah, yəni 26 fevral tarixində ilk dərslər Xocalı soyqrımına həsr olunacaqdır və ilk dərsdən sonra kollecin tələbə və müəllim kollektivi Lənkəran şəhərində Xocalı soyqrımı şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin ziyarətində iştirak edəcək, abidə önünə tər çiçəklər qoymaqla şəhidlərin ruhunu yad edəcəkdir.

5

4

Daha sonra faciə haqqında kollecin müəllim və tələbələrinin məruzə və çıxışları dinlənildi.

1

Kollecin tələbələri soyqrım qurbanlarının xatirəsinə şamlar yandıraraq Xocalı soyqırımına həsr olunmuş şeirlər söylədilər və kompozisiyalar nümayiş etdirdilər.

7

9

Tədbirin  Xocalı soyqırımına aid videolent də nümayiş olundu.

8

Bir cavab yazın