Novruz şənliyi uşaq evində davam etdirildi

Novruz şənliyi uşaq evində davam etdirildi

Azərbaycanımızın hər yerində olduğu kimi Lənkəran Dövlət Humanitar Kollecində də Novruz bayramı müxtəlif tədbirlərlə qeyd edilir. Bu münasibətilə kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən və əl işlərindən ibarət sərgi təşkil edilmiş, Tələbə Gənclər Təşkilatının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Novruza həsr edilmiş xüsusi nömrələr buraxılmışdır. 16.03.2018-ci il tarixində isə Novruz bayramı münasibəti ilə kollecin idman meydançasında  bayram konserti keçirildi. Kollecin direktoru dosent Ruslan Həmidov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək,  bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışdı. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən direktor Ruslan Həmidov onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə etdi. Sonra möhtəşəm Novruz tonqalı alovlandırıldı, tələbələr tonqal ətrafında dövrə vuraraq rəqs etdilər, maraqlı konsert proqramı ilə çıxışlar etdilər. Daha sonra kollecin müəllim və tələbə heyyəti birlikdə O.Mirzəyev adına qarışıq tipli uşaq evinə baş cəkdilər. Tələbələr tərəfindən hazırlanmış bayram xonçaları uşaqların bayram sevincini qat-qat artırdı.  Tədbirdə kollecin  tələbələri bir-birindən gözəl mahnı və rəqslər ifa etdilər. İştirak edən qonaqlar uşaqları Novruz Bayramı münasibətilə təbrik etdilər, onlara daim bahar təravətli, sağlam və xoşbəxt olmağı arzuladılar.

                             

Bir cavab yazın