Pedaqoji təcrübə davam edir
Pedaqoji kadr hazırlığının ən vacib sahələrindən biri pedaqoji təcrübədir. Pedaqoji təcrübə prosesində tələbələrin tədris müəssisəsində aldıqları bilik dərinləşir, möhkəmlənir, tələbələr pedaqoji iş sahəsində yeni bacarıq və vərdişlərə yiyələnirlər. Mütəxəssis hazırlığı məhz praktik yolla başa çatır, nəzəri biliklər pedaqoji təcrübə müddətində əməli icra oluna-oluna mənimsənilir. Bu yolla pedaqoji təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, bunlar da pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə səbəb olur. Pedaqoji təcrübə kadrları bir mütəxəssis kimi tam formalaşdırır.Bu səbəbdən də Lənkəran Dövlət Humanitar Kollecində təcrübələrin təşkilinə böyük önəm verilir.
Kollecin “Təsviri incəsənət müəllimliyi” ixtisasının buraxılış kurs tələbəsi Fidan Hüseynovanın Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb liseyinin VII sinfində rəsm fənnindən 15.03.2018-ci il tarixində “Azərbaycan milli geyimləri” mövzusunda keçdiyi sınaq dərsi.