Kollecin direktoru Leyla İbrahimova Qazi Universitetinin nəzdində olan Texniki bilimlər Məslək Yüksəkokulunda işgüzar səfərdə olmuşdur.

Kollecin  direktoru  Leyla  İbrahimova  Qazi  Universitetinin nəzdində olan Texniki bilimlər Məslək Yüksəkokulunda işgüzar səfərdə olmuşdur.

Lənkəran Dövlət Universitetinin rektoru prof.Natiq İbrahimov başda olmaqla LDU-nun nümayəndə heyətinin tərkibində Türkiyədə səfərdə olan Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova 24 oktyabr 2023-cü il tarixində Qazi Universitetinin nəzdində olan Texniki bilimlər Məslək Yüksəkokulunda işgüzar səfərdə olmuşdur. Səfər zamanı Yüksəkokul müdiri dosent doktor Altay Özer, Yüksəkokul müdir yardımcısı öyrətmən doktor Mustafa Göktaş və Yüksəkokul müdir yardımcısı öyrətmən Meta Özbaşla görüş keçirilmişdir. Görüş zamanı Leyla İbrahimova Texniki Bilimlər Məslək Yüksəkokulunun tədris prosesi ilə tanış olmuş, qarşılıqlı fikir mübadiləsi aparmışdılar.Görüşün sonunda hədiyyələr təqdim olunaraq xatirə şəkli çəkilmişdir.

Добавить комментарий