Şahmat üzrə kollec birinciliyi

Şahmat üzrə kollec birinciliyi
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Lənkəran Dövlət Humanitar Kolleciin tələbələri arasında şahmat birinciliyinə 04 may 2017-ci ildə start verildi. Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva kollec şahmatçılarını salamlayaraq yarışmanın əsasnaməsi ilə iştirakçıları tanış etdi və onlara uğurlar arzuladı. Kollecin fiziki tərbiyə rəhbəri Farid Salayevin  baş hakimliyi ilə keçirilən şahmat yarışmasında kollecin ən güclü 24 şahmatçısı iştirak edirdi. Şahmat üzrə kollec birinciliyinin final mərhələsinin 05 may tarixində kecirilməsi nəzərdə tutulur. Təsdiq olunmuş tədbirlər planına əsasən tələbələr arasında keçirilən idman yarışlarının qaliblərinin rəğbətləndirilməsi isə 8 may 2017-ci il tarixində kollecdə keçiriləçək  Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə həyata keçiriləcək.

DSC_0644 DSC_0648 DSC_0652 DSC_0657DSC_0659DSC_0664DSC_0666

Bir cavab yazın