Tələbə Gənclər Təşkilatının konfransı keçirildi

Tələbə Gənclər Təşkilatının konfransı keçirildi

         27.10.2017–ci il tarixində kollecin akt zalında keçirilən Tələbə Gənclər  Təşkilatının  konfransında tələbələrdən 85 nümayəndə, LDHK–nın direktoru, dos. Ruslan Həmidov, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, psixoloq Zülfiyyə Əliyeva və müəllim t.ü.f.d. Cəmil Quliyev iştirak edirdilər. İclasa sədrlik edən Kollecin TGT İdarə Heyətinin üzvü Zenfiraxanım Təhməzlinin hesabat məruzəsi dinlənildi. Hesabatda qeyd edildi ki, Tələbə  Gənclər Təşkilatının üzvləri  kollecin  və  eləcədə  rayonumuzun  ictimai–siyasi həyatında aktiv iştirak etmişdir.  TGT  “Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının  əsasnaməsi”nə  uyğun  olaraq  işlərini  qurmuş  və  fəaliyyət  göstərmişdir. Kollecin  direktoru dosent Ruslan Həmidov çıxışında  əvvəlcə  konfransa  seçilmiş  nümayəndələri salamladı və dövlətin gənclərə olan daimi qayğı və diqqətindən, yaradılan gözəl şəraitdən danışdı. Sonra o, TGT–nin son illər ərzində göstərdiyi fəaliyyət  haqqında  söhbət  açdı  və  bu  fəaliyyəti  yüksək  dəyərləndirdi.

         Daha sonra İdarəetmə  şurasının  yaradılması  ilə  bağlı  səsvermə  keçirildi. Konfrans  nümayəndələrinin  səs  çoxluğu  ilə  21  tələbə-gənc  İdarəetmə  Şurasına  üzv  seçildilər. III kurs tələbəsi Tural İbadov kollec TGT–nın  sədri seçildi. Yeni Təftiş  Komissiyasının  tərkibinin  seçilməsi  ilə  bağlı da səsvermə keçirildi. Bu məqsədlə 15 nəfərdən  ibarət  tərkib  müəyyənləşdi.

        Konfrans bitdikdən sonra kollecin tərbiyə  işləri  üzrə  direktor müavini Ülviyyə Rzayeva, psixoloq Zülfiyyə Əliyeva, müəllim Cəmil Quliyev, İdarəetmə  Şurasının  üzvləri  və  Təftiş  Komissiyasının  yeni  tərkibinin iştirakı ilə TGT-nin ilk iclası keçirildi. İlk iclasda TGT sədr müavinləri və müvafiq departament rəhbərləri məlum oldu. Sonda TGT üzvəli xatirə şəkli çəkdirdilər.

DSC_0967 DSC_0976

DSC_0979 DSC_0994

DSC_0997 DSC_1004

DSC_1007 DSC_1012

DSC_1017

Bir cavab yazın