Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Xalq Çalğı Alətləri və Xanəndəlik” FBK-nın müəllim və tələbələrinin konserti

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Xalq Çalğı Alətləri və Xanəndəlik” FBK-nın müəllim və tələbələrinin konserti

10 may 2017-ci ildə Lənkəran Dövlət Humanitar Kollecinin “Musiqi və təsviri incəsənət” şöbəsinin akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Xalq Çalğı Alətləri və Xanəndəlik” FBK-nın müəllim və tələbələrinin konserti keçirildi. Konsert proqramı Dövlət Himninin canlı ifası ilə başladı. Musiqi və təsviri incəsənət şöbəsinin müdiri Fikrət Kərimli iştirakşıları salamladıqdan sonra konsertin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunduğunu bildirdi və Ulu Öndərin Azərbaycan İncəsənəti tarixində unudulmaz fəalyyətindən danışdı. FBK sədri İlqar Əliyevin bədii rəhbərliyi və drijorluğu ilə keçirilən konsert proqramının hər bir nömrəsi dinləyicilərin sürəkli alqışları ilə tamamlanırdı. Kollecin müəllimləri Mubariz Sadıxov, Vasif Qədirov, Əli Hüseynov, Samirə Əliyeva, Kişvər Əhmədova və digərlərinin yetirmələrinin xalq çalğı alətlərində ifaları izləyicilərin ruhunu oxşadı.

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

Bir cavab yazın