“Xəmsə Milli İntellektual Oyunu”nun final mərhələsi keçirildi
27 fevral 2017–ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Lənkəran şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş “Xəmsə Milli İntellektual Oyunu” üzrə rayon birinciliyi keçirilmişdir. Tədbiri giriş sözü ilə Lənkəran şəhər Gənclər və İdman idarəsinin rəis müavini Elbəy Fətəliyev açaraq yarışın keçirilmə məqsədindən danışmış və yarışın keçirilməsində göstərdiyi dəstəyə görə kollec rəhbərliyinə təşəkkürünü bildirmişdir. Sonra Kollecin müəllimi t.ü.f.d. Cəmil Quliyev iştirakçıları kollecin direktoru Ruslan Həmidovun adından salamlamış və yarış iştirakçılarına uğurlar arzulamışdır. Oyun Lənkəran Dövlət Universitetinin “Dikiy Kafkaz”, Lənkəran Dövlət Humanitar Kollecinin “Pramida”, Lənkəran Tibb Kollecinin “Medikal” komandalarının gərgin mübarizəsi şəraitində keçmişdir. Final oyununun nəticələrinə görə LDU-nun “Dikiy Kafkaz” komandası I yer, LTK-nin “Medikal” komandası II yer, LDHK-nin “Pramida” komandası III yeri tutmuşlar.