Xocalı soyqırımımının iyirmi beşinci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi
24 fevral 2017-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbir iştirakçıları ilk öncə Xocalı soyqrımında və vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükütla yed etdilər. Tədbiri giriş nitqi ilə kollecin direktoru Ruslan Həmidov açaraq bildirdi ki, o gecə mühasirəyə alınan, bombalanan Xocalıda qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Daha sonra direktor qeyd etdi ki, bu soyqrımın 25-ci ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Plana əsasən kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən ibarət rəsm sərgisi təşkil edilmiş, dəhlizdə foto stent açılmış, kitabxanada xüsusi guşə yaradılmış, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Xocalı soyqrımına həsr edilmiş xüsusi nömrələr buraxılmış, bu gün yəni 24 fevral tarixində ilk dərslər Xocalı soyqrımına həsr olunmuşdur. 26 fevralda isə kollecin tələbə və müəllim kollektivi Lənkəran şəhərində Xocalı soyqrımı şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin ziyarətində iştirak edəcək, abidə önünə tər çiçəklər qoymaqla şəhidlərin ruhunu yad edəcəkdir. Sonra məruzə üçün söz kollecun tarix müəllimi Nadir Axundova verildi. Məruzəçi bildirdi ki, Xocalı Soyqırımı 20-ci əsrdə baş vermiş ən faciəli insan faciələrindən biridir. Bu sıraya həmçinin Xatın, Hiroşima, Naqasaki və Songmi daxildir. Əsrin sonunda törədilmiş bu faciə sadəcə Azərbaycan əhalisinə qarşı törədilməmiş, bu, insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biridir. Beynəlxalq konvensiyalar, universal qanunlar, Xocalı faciəsi kimi faciələri dəfələrlə pisləmiş və onların qəbulolunmaz olduğunu bildirmişdir. Ermənistan Respublikası tərəfindən Xocalıda törədilmiş bu insanlıq əleyhinə cinayətə beynəlxalq siyasi və hüquqi qiymət verilməsi üçün Azərbaycan bir çox beynəlxalq təşkilatlar və dünya ölkələrinin parlamentlərində qətiyyətli addımlar atmışdır. Pedaqogika və psixalogiya FBK-nın sədri Nahidə Cəfərovanın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi üzrə Ekologiya və Təbii sərvətlər şöbəsinin “Ətraf mühitin monitorinqi və ekoloji təbliğat” sektorunun müdiri Bəxtiyar Hüseynovun, III kurs tələbəsi Aytac Zeynullazadənin Xocalı faciəsi ilə bağlı çıxışları dinlənildi. Kollecin tələbələri Nərmin Məmmədzadə, Leyla Qafarzadə, Ləman Seyfullazadə, Fəridə Fərəcova və Zeynəb Hüseynli Xocalı faciəsinə həsr olunmuş şerlər söylədilər. Tədbirin sonunda Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirildi.