Xocalı soyqırımımının iyirmi beşinci ildönümü qeyd edilir

Xocalı  soyqırımımının  iyirmi  beşinci  ildönümü qeyd  edilir

Xocalı  soyqırımının  iyirmi  beşinci  ildönümünün  Lənkəran  Dövlət  Humanitar  Kollecində  qeyd  edilməsi məqsədilə Azərbaycan  Respublikası  Təhsil  Nazirinin “Təhsil müəssisələrində Xocalı  soyqırımının  iyirmi  beşinci  ildönümünün  keçirilməsi barədə” 02 fevral 2017-ci il tarixli 71 saylı əmrini rəhbər tutaraq LDHK üzrə 06 fevral tarixli əmr imzalanmışdır. Əmrdə Lənkəran  Dövlət Humanitar Kollecində  “Xocalı soyqırımının iyirmi  beşinci ildönümü”nün  keçirilməsi ilə əlaqədar tərtib olunmuş tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planında Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi keçirmək, Kollecin foyesində Xocalı soyqırımına həsr edilmiş fotostentlər vurmaq, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Xocalı soyqrımına həsr edilmiş xüsusi nömrələr buraxmaq, Kollecin internet səhifəsində Xocalı soyqırımını əks etdirən foto və video materiallar yerləşdirmək, 2017-ci ilin fevral ayının 24-də keçirilən ilk dərslərin Xocalı soyqırımına həsr edilməsi, Xocalı soyqırımının iyirmi beşinci il dönümünün qeyd edilməsi ilə əlaqədar anım tədbiri keçirmək və Lənkəran şəhərində Xocalı soyqrımı qurbanlarının xatirəsinə yaradılmış abidə Kompleksində kollec kollektivinin ziyarətinin təmin edilməsi nəzərdə tutulmuşdur. Artıq təsdiq olunmuş tədbirlər planına əsasən foyedə tələbələrin Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi və fotostentlər nümayiş etdirilir, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Xocalı soyqrımına həsr edilmiş xüsusi nömrələr dərc edilmişdir. 24 fevral tarixində isə ilk dərslərin Xocalı soyqırımına həsr edilməsi, Xocalı soyqırımının iyirmi beşinci il dönümünün qeyd edilməsi ilə əlaqədar anım tədbirinın keçirilməsi nəzərdə tutulur.

DSC_0002 DSC_0004 DSC_0009 DSC_0011

DSC_0015 DSC_0019 DSC_0026 DSC_0032

DSC_0038 DSC_0044 DSC_0046

Bir cavab yazın