“Yer günü” ilə əlaqədar maarifləndirici tədbir keçirildi

“Yer günü” ilə əlaqədar maarifləndirici tədbir keçirildi

19 Aprel 2018-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində 22 aprel Ümumdünya Yer günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə “Pedaqoji” şöbə müdiri Bəyəli Rüstəmov açaraq qonaqları Kollecin direktoru dosent Ruslan Həmidov və kollektiv adından salamladı. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi üzrə Ekologiya və Təbii sərvətlər şöbəsinin “Ətraf mühitin monitorinqi və ekoloji təbliğat” sektorunun  müdiri Bəxtiyar Hüseynov və həmin şöbənin baş məsləhətçisi Afiq Məlikov iştirak edirdi. İlk öncə “Ətraf mühitin monitorinqi və ekoloji təbliğat” sektorunun  müdiri Bəxtiyar Hüseynovun məruzəsi dinlənildi. Məruzəçi qeyd etdi ki, əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer günü XIX əsrin 40-cı illərindən etibarən bayram olaraq qeyd edilməyə başlanmışdır. 1872-ci ildə C. Morton Nebraska ştatında il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir. 1882-ci il 22 aprel tarixindən başlayaraq “Ağac günü” Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd olunur. 1970-ci ildən başlayaraq ətraf mühitin əhəmiyyətinin təbliği, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsi və s. sahələri də əhatə etməsi ilə əlaqədar olaraq bu bayram “Yer günü” adlandırılmışdır. Sonra çıxış üçün söz Afiq Məlikova verildi. Ümumdünya Yer günü ilə əlaqədar kollecin II kurs tələbəsi Sumarə Bağırzadə və I kurs tələbəsi Təbriz Məmmədzadə də öz fikirlərini auditoriyadakı dinləyicilərin nəzərinə çatdırdılıar.  Tədbirin sonunda 22 aprel yer gününə həsr olunmuş videoslayd nümayiş olundu.

       

Bir cavab yazın