Yurdumuza Novruz gəlur

Yurdumuza Novruz gəlur

Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq – Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir. Azərbaycanımızın hər yerində olduğu kimi Lənkəran Dövlət Humanitar Kollecində də Novruz bayramı müxtəlif tədbirlərlə qeyd edilir. Bu münasibətilə kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən və əl işlərindən ibarət sərgi təşkil edilmiş, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Novruza həsr edilmiş xüsusi nömrələr buraxılmışdır. Bindan başqa tələbələr arasında Novruza həsr olunan ingilis dilində inşa yazı müsabiqəsi keçirilmişdir. Tələbələrin bu ilki Bayram şənliyi isə daha maraqlı oldu.  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Lənkəran qarnizonunun stadionunda təşkil edilmiş möhtəşəm bayram şənliyinə kollecimizin tələbə və müəllimləri də dəvət olunmuşdur. Novruz bayramını sərhədçilərlə birgə qeyd edən tələbələrimiz də bu tədbirdə rəngarəng proqramlarla çıxış etdilər.

DSC_0352DSC_0353DSC_0356DSC_0332 DSC_0333 DSC_0337DSC_0339DSC_0342DSC_0345DSC_0348

Bir cavab yazın