5 oktyabr – Beynəlxalq Müəllimlər günü təntənəli qeyd olundu

5 oktyabr – Beynəlxalq Müəllimlər günü təntənəli qeyd olundu

Kollecdə 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə təntənəli byram tədbiri keçiildi. Tədbiri giriş nitqi ilə kollecin direktoru dosent Ruslan Həmidov açaraq həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik etdi və bu münasibətlə hər bir müəllimə kollecin büdcədənkənar vəsaiti hesabından pul mükafatı verilməsi haqqında əmr imzalandığını bildirdi. Direktor  qeyd etdi ki, “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.  Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə  hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca istiqamət seçib. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Həmişə olduğu kimi, bu ilki Bilik günündə də iştirak edən Prezident İlham Əliyev dövlətin təhsilə və təhsilin əsas siması olan müəllimə göstərdiyi diqqəti bir daha təsdiq etdi və bunun davamlı olacağını diqqətə çatdırdı. Sonra kollecin FBK sədrləri Nuranə Əsgərova, Qətilə Şükürova, şöbə müdiri Bəyəli Rüstəmov çıxış edərək müəllim yoldaşlarını bu müqəddəş peşə bayramı münasibətilə təbrik etdilər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş kollecin gənc müəllimlərinə partiya vəsiqələri təntənəli şəkildə təqdim edildi və onlara ugurlrar arzulandı.

DSC_0778 DSC_0799 DSC_0814  DSC_0823DSC_0827 DSC_0829

Bir cavab yazın