Kollecdə “Sərhədyani rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəsini stimullaşdırmaq məqsədi ilə maarifləndirmə kampaniyasının aparılması” mövzusunda maarifləndirici tədbir keçirildi.







Tədbirdə çıxış edənlər bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri narkomaniyadan, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının fəsadlarından, narkomaniyaya qarşı mübarizə üsullarından bəhs etdilər. Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı. “Biz həyatı seçirik” adlı videoçarx nümayiş etdirildi.