Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü təntənəli şəkildə qeyd edildi
18 oktyabr 2016-cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə təntənəli tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsilə başlandı. Tədbiri giriş nitqi ilə açan kollecin direktoru Ruslan Həmidov Müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan Respublikasının əldə etdiyi tarixi nailiyyətlərdən ətraflı danışaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünün kollecdə qeyd olunması ilə bağlı imzalanan əmr və təsdiq olunmuş tədbirlər planını bir daha diqqətə çatdırdı. Tədbirlər planına əsasən kollecin akademik qrupları arasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə bosketbol yarışı keçirilir, 18 oktyabr 2016-cı il tarixində, yəni bu gün ilk dərslər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilir. Sonra kollecin tarix müəllimi, t.ü.f.d. Cəmil Quliyev “Müstəqilliyimiz əbədidir” adlı məruzə etdi. Məruzədən sonra kollecin müəllimi Sədaqət Axundova, kollec tələbə gənclər təşkilatının sədr müavini Xəyalə Əlizadə çıxış etdilər. Tədbirin bədii hissəsində isə tələbələr Nərmin Məmmədzadə və Mədinə Hüseynzadə Dövlət müstəqilliyinə aid şerlər söylədilər.