“Dövlət Bayrağı Günü” təntənəli qeyd edildi

“Dövlət Bayrağı Günü” təntənəli qeyd edildi

8 noyabr 2017–ci il tarixində Lənkəran Dövlət Humanitar Kolleci və YAP Lənkəran şəhər təşkilatı Lənkəran Dövlət Humanitar Kolleci ərazi ilk partiya təşkilatının birgə təşkilatçılıgı ilə   “Dövlət Bayrağı Günü” münasibətilə təntənəli tədbir keçirildi. İlk öncə kollecin foyesində “Təsviri incəsənət” ixtisasının III kurs tələbələrinin əl işlərindən ibarət “Bayraq gününə” həsr edilmiş rəsm sərgisinə baxış keçirildi. Sərgidən sonra tədbiri giriş sözü ilə kollecin direktoru dosent Ruslan Həmidov açıq elan etdi və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Direktor nitqində kollec əməkdaşlarını və tələbələri “Dövlət Bayrağı Günü” münasibətilə təbrik edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin 2009–cu ilin noyabrında imzaladığı sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda “Dövlət Bayrağı Günü” kimi qeyd edilir. 2009–cu ilin noyabr ayında “Dövlət Bayrağı Günü” ilə bağlı Əmək Məcəlləsinin 105–ci maddəsinə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda “Dövlət Bayrağı Günü” elan olunur və bu bayram ölkədə qeyri–iş günü olan bayramların siyahısına daxil edilir. Məruzə üçün söz kollecin “Tarix və ictimai elmlər” FBK–nın müəllimi Günel Abdullayevaya verildi. Məruzəçi qürur mənbəyimiz olan “Dövlət Bayrağı” haqqında ətraflı məruzə etdi. Sonra çıxış üçün söz “Musiqi nəzəriyyəsi və xor drijorluğu” FBK–nın müəllimi Sevda Mirzəcanovaya və kollecin “Fiziki tərbiyə müəllimliyi” ixtisasının I kurs tələbəsi Təbriz Məmmədzadəyə verildi. Çıxışlardan sonra “Dövlət Bayrağı Günü”nə həsr edilmiş fləşmobla bağlı videorolik nümayiş etdirildi.

DSC_1232 DSC_1239  DSC_0024 DSC_0033 DSC_0049 DSC_0052 DSC_0055 DSC_0062

 

Bir cavab yazın