Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı münasibətilə şənlik keçirildi
28 dekabr 2016-cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı münasibətilə tədbir keçirildi. Əvvəlcə bu münasibətlə kollecin foyesində tələbələrin əl işlərindən ibarət təşkil edilmiş təsviri sənət sərgisinə baxış keçirildi. Tədbiri giriş nitqi ilə kollecin direktoru Ruslan Həmidov açaraq bildirdi ki, Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 1991-ci ilin 16 dekabrında dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Sonra 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı münasibətilə kollec əməkdaşlarını və tələbələri təbrik edərək cari ildə əmək funksiyalarının icrasında və ictimai işlərdə fərqlənən kollec əməkdaşlarını fəxri fərmanlarla təltif etdi. Təbrik çıxışlarından sonra təhsildə və ictimai işlərdə fərqlənən tələbələr də fəxri fərmanlarla təltif edildi. Tələbələrin ifasında bayram konserti tədbiri daha da şənləndirdi. Şən musiqi proqramları tələbələrdə şən əhval ruhiyyə yaratdı.