Gənc pianoçuların III respublika müsabiqəsinin laureatı Sənubərxanım Əlizadənin sola konserti keçirildi

Gənc pianoçuların III respublika müsabiqəsinin laureatı Sənubərxanım Əlizadənin sola konserti keçirildi

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Gənc pianoçuların III respublika müsabiqəsi”nin Beynəlxalq Muğam mərkəzində baş tutan yekun konsertində Lənkəran Dövlət Humanitar Kollecinin “Musiqi və təsviri incəsənət” şöbəsinin “Fortepiano” ixtisası üzrə III kurs tələbəsi Əlizadə Sənubərxanım Cəmil qızı III dərəcəli diplomla, kollecin müəllimi İradə Salamova isə müsabiqəyə müvəffəqiyyətlə tələbə hazırladığına görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanıyla təltif olunmuşlar. Bu münasibətilə kollecdə “Gənc pianoçuların III respublika müsabiqəsi”nin laureatının solo konserti keçirildi. Konsertdə kollecin direktoru Ruslan Həmidov, Azərbaycan Respublikasının xalq artisti Ağacəbrayıl Abasəliyev, “Musiqi və təsviri incəsənət” şöbəsinin müdiri Fikrət Kərimli çıxış edərək  Sənubərxanım Əlizadəni və onun müəllimi İradə Salamovanı təbrik etdilər və onlara daha böyük uğurlar arzuladılar.

DSC_0350 DSC_0364 DSC_0376 DSC_0380 DSC_0405 DSC_0420 DSC_0426 DSC_0435 DSC_0477 DSC_0489 DSC_0509 DSC_0536  IMG-20170616-WA0005 IMG-20170616-WA0007 IMG-20170616-WA0009

Bir cavab yazın