“Həsən Əliyev və Azərbaycan təbiəti“ mövzusunda seminar keçirildi
09.12.2016 tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi üzrə Ekologiya və Təbii sərvətlər şöbəsinin birgə təşkilatçılığı ilə Görkəmli Təbiətşünas alim, Akademik Həsən Əliyevin 109 illiyi münasibətilə “Həsən Əliyev və Azərbaycan təbiəti“ mövzusunda seminar keçirildi. Tədbiri giriş nitqi ilə direktor Ruslan Həmidov aşaraq Görkəmli Akademik Həsən Əliyevin həyat və fəaliyyəti haqqında qısa məlumat verdi və tədbirin məqsəd və əhəmiyyətindən danışdı. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi üzrə Ekologiya və Təbii sərvətlər şöbəsinin “Ətraf mühitin monitorinqi və ekoloji təbliğat” sektorunun müdiri Bəxtiyar Hüseynovun, kollecin tələbəsi Sumarə Bağırzadənin, 1 saylı ərazi üzrə Ekologiya və Təbii sərvətlər şöbəsinin “Ətraf mühitin monitorinqi və ekoloji təbliğat” sektorunun baş məsləhətçisi Afiq Məlikovun görkəmli alim Həsən Əliyevin elmi və ictimai fəaliyyəti haqqında maraqlı məruzələri dinlənildi. Kollecin tələbələri Nərmin Məmmədzadə, Leyla Qafarzadə və Ləman Seyfullazadə ekoloq-jurnalist Bəxtiyar Hüseynovun Azərbaycan təbiəti haqqında yazdığı şerlər söylədilər.
Tədbir başa çatdıqdan sonra 3 saylı tədris binasının həyətyanı sahəsində 30 ədəd həmişəyaşıl ağac əkildi.